Modern.az

Moldova hərbi büdcəsini iki dəfə artırır

Moldova hərbi büdcəsini iki dəfə artırır

15 İyun 2022, 20:24

Moldova hərbi büdcəsini iki dəfə artırmaq üçün Avropa Müdafiə Fondundan 40 milyon avro alacaq.

 

Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

 

Makron bu gün Moldovaya səfər edib. O, Kişinyovda həmkarı Maya Sandu ilə görüşüb. Görüş zamanı Moldovanın Avropa İttifaqına mümkün üzvlüyü müzakirə olunub.

 

"Moldovanın neytrallığı onun demilitarizasiyası demək deyil, Avropa Müdafiə Fondundan alacağınız 40 milyon avro sizin ölkənin hərbi büdcəsini ikiqat artıracaq. Biz Ukraynadakı hərbi əməliyyatların nəticələrindən əziyyət çəkən ölkələrə kömək etməliyik. Moldova münaqişənin həllində ön plandadır”, - deyə Makron bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi