İsveç NATO-ya üzvlüklə bağlı Türkiyəyə sənəd göndərib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
"İsveçin Baş naziri həm NATO-ya, həm də bizə müvafiq sənəd göndərib. Amma bu, müzakirə predmetindən, qeyd etdiyimiz şərtlərdən, narahatlıqlardan uzaqdır. Biz hər hansı sənəd yox, yazılı cavab gözləyirik", - deyə nazir bildirib.
Qeyd edək ki, Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmağa qərar veriblər. Türkiyə bu dövlətlərin Alyansa qoşulmasına qarşıdır.
Akif İsmayılov