ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Bayden Ukraynaya əlavə 1 milyard dollar təhlükəsizlik yardımı verəcəyini bildirib.
Yeni yardıma əlavə artilleriya və sahil müdafiə silahları, həmçinin artilleriya və qabaqcıl raket sistemləri üçün döyüş sursatları daxildir.
Akif İsmayılov