Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gələn həftə Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Uolles bildirib ki, səfər zamanı İsveç və Finlandiyanın NATO-ya üzv olması, İŞİD və Suriya, eləcə də Ukraynadan taxıl ixracı kimi məsələlər müzakirə olunacaq.
Norveçin paytaxtı Osloda çıxış edən nazir qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı Türkiyənin narahatlığını dinləmək lazımdır.
Akif İsmayılov