Modern.az

Gənclər xəbərləri əsasən sosial mediadan oxuyur - HESABAT

Gənclər xəbərləri əsasən sosial mediadan oxuyur - HESABAT

15 İyun 2022, 22:12

18-24 yaş arası gənclər xəbərləri əsasən sosial media platformaları vasitəsilə əldə edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin hazırladığı hesabatda qeyd olunub.

 

Gənclərin yalnız 23 faizi xəbərləri internet saytlarından əldə edir. 

 

Hesabatda bildirilib ki, gənclərin çoxu "Facebook"dan uzaqlaşır, bu sosial şəbəkə əsasən yaşlı nəslin platformasına çevrilir. Gənc nəsil "Instagram" və "TikTok" kimi platformalara üz tutur.

 

Hesabatda insanların xəbərlərdən yorulduğu, xəbər oxumağa istəkli olmadığı vurğulanıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi