Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski məlumat yayıb.
O, Consonla daim təmasda olduğunu bildirib: "Mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqeləri razılaşdırdıq. Döyüş meydanındakı durumu, Ukraynanın müdafiə ehtiyaclarını və ərzaq təhlükəsizliyinə təhdidləri müzakirə etdik".