ABŞ-ın hesablamalarına görə, gündəlik Ukrayna ordusunun təxminın 100 hərbi qulluqçusu həlak olur.
Modern.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
O, gün ərzində 200-300 ukraynalı hərbçinin yaralandığını bildirib.
"Müharibədəki itkiləri qiymətləndirmək hər zaman çətin olub. Əksər vaxtlarda ilk dövrlərdə qiymətləndirmə yanlış olur. Bəzən düzgün qiymətləndirmə üçün aylar, illər tələb olunur", - deyə Mark Milli qeyd edib.