Modern.az

Almaniya “Mars” raket sistemlərini Kiyevə verir

Almaniya “Mars” raket sistemlərini Kiyevə verir

Dünya

15 İyun 2022, 23:55

Almaniya Ukraynaya 3 ədəd "Mars II" adlı yaylım atəşli reaktiv sistemlər təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext məlumat verib.

 

O qeyd edib ki, Almaniya ABŞ və Böyük Britaniya ilə birlikdə Ukrayna hərbçiləri üçün yaxın həftələrdə təlimlərə başlayacaq.

 

"Mars II" Amerika istehsalı M270 raket sistemlərinin alman versiyasıdır. Sistem 80 km-dən çox məsafədəki hədəfləri vura bilir.

 

Silahların Almaniya ordusunun ehtiyatlarından veriləcəyi qeyd olunub. Almaniya Ukraynaya sistemlər üçün yüzlərlə raket də göndərəcək.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?