Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, ÜST Avropanın getdikcə meymunçiçəyinin ocağına çevrildiyini açıqlayıb.
Bildirilib ki, qitədə xəstəliyin geniş yayılma riski var. Məlumata görə, artıq 25 Avropa ölkəsində 1500-dən çox xəstə aşkar edilib.
ÜST bəyan edib ki, başlıca prioritet xəstəliyin arealının genişlənməsinin qarşısını almaqdır.