Modern.az

Akar yunan nazirlə bir araya gəldi

Akar yunan nazirlə bir araya gəldi

16 İyun 2022, 18:12

Türkiyənin milli müdafiə naziri Hulusi Akar yunanıstanlı həmkarı Nikos Panagiotopoulos ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Görüş Brüsseldə baş tutub.

 

Tərəflər mövcud problemlərin həlli üçün rabitə kanallarının açıq saxlanılması, mehriban qonşuluq münasibətlərinə, ikitərəfli və regional əməkdaşlığa diqqət yetirilməsi və mövcud problemlərin azaldılması üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Qeyd edək ki, hazırda Brüsseldə NATO müdafiə nazirlərinin iclası keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi