Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin futbol üzrə milli komandasından 2050-ci ilə kimi dünya və ya Avropa çempionu olmasını tələb edib.
Modern.az xəbər verir ki, bu barədə o, UEFA prezidenti Aleksander Çeferin və FIFA rəhbəri Canni İnfantino ilə görüşdə çıxışı zamanı bildirib.
Qeyd edək ki, Ermənistan millisi hazırda FIFA reytinqində 92-ci sırada qərarlaşıb.