Rusiya ordusu Ukraynanın Lisiçanska bölgəsinə aviazərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Sergey Qaydai məlumat yayıb.
O bildirib ki, zərbələr nəticəsində 4 nəfər həlak olub. Onların cəsədləri artıq xilasedicilər tərəfindən tapılıb. Əməliyyat-axtarış tədbirləri hələ də davam edir.
Qaydai qeyd edib ki, raketlər insanların gizləndiyi binalardan birinə düşüb.
Akif İsmayılov