Modern.az

Eks-prezidentin xanımının ölkədən çıxışı qadağan olundu

Eks-prezidentin xanımının ölkədən çıxışı qadağan olundu

16 İyun 2022, 21:34

Moldovanın keçmiş prezidenti İqor Dodonun həyat yoldaşı Qalina Dodon qanunsuz varlanmada ittiham edilir.

 

Modern.az xəbər verir ki, bu barədə o, Moldova Prokurorluğunda ifadə verdikdən sonra bildirib.

 

Xanım Dodonun ölkədən çıxışına qadağa qoyulub. O, qərarın siyasi olduğunu bildirib.

 

“Mənə qarşı sərt şəkildə davranırlar. Qardaşım həbsdədir. Nə üçün? Çünki o, Rusiyada pul qazanıb və orada biznes açmaq üçün doğulduğu Moldovaya qayıdıb", - deyə Qalina Dodon qeyd edib.

 

Qalina Dodon Rusiyada təhsil alan böyük oğlu Vladın da təqibə məruz qala biləcəyini düşünür. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi