Modern.az

Rusiyada Z hərfini sındıran iki gənc SAXLANILDI

Rusiyada Z hərfini sındıran iki gənc SAXLANILDI

17 İyun 2022, 14:54

Rusiyada iki gənc Çeboksarı şəhərinin mərkəzində quraşdırılmış böyük Z hərfini sındırıb.

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, hər iki şəxs saxlanılıb.

Şəhər administrasiyasının rəhbəri Denis Spirin bildirib ki, indi həmin gənclərin atdığı addımın səbəbi araşdırlır, onlar niyə belə ediblər...
 

Daxili İşlər Nazirliyinin Çuvaşiya üzrə mətbuat xidmətindən verilən məlumata görə, iyunun 17-də saat 03.30 radələrində polisə iki gəncin Z hərfi şəklində işıq qurğusunu zədələdiyi barədə məlumat daxil olub.

Az sonra polis əməkdaşları onları saxlayıblar.


"22 və 24 yaşlı iki yerli sakinə münasibətdə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi ilə (Rusiya Silahlı Qüvvələrinin istifadəsini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər) ilə inzibati protokollar tərtib edilib”- mətbuat xidməti bildirib.

Xatırladaq ki, "Z" hərfi Rusiyanın Ukraynada başlatdığı müharibəd simvol kimi istifadə olunur. Rusiyanın müharibədəki bütün döyüş texnikasının, hərbçilərinin geyimlərinin üzərinə "Z" hərfi yazılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi