Sloveniya Ukraynaya növbəti dəfə hərbi yardım tədarük edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sloveniya Ukraynaya "Kalaşnikov" avtomatları, dəbilqələr, zirehlər, digər avadanlıqlar və 35 piyada döyüş maşını göndərib.
Qeyd olunub ki, Ukraynaya silah tədarükü davam edəcək.
Akif İsmayılov