Modern.az

Rusiyanın İTKİLƏRİ - 1465 tank, 216 təyyarə...

Rusiyanın İTKİLƏRİ - 1465 tank, 216 təyyarə...

Dünya

18 İyun 2022, 11:25

Ukraynada hərbi əməliyyatlar başlayandan iyunun 18-nə qədər Rusiya Silahlı Qüvvələrinin 33 350 hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, Rusiya ordusunun döyüş itkiləri 1465 tank, 3573 zirehli maşın, 739 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 180 helikopter, 594 operativ-taktiki PUA, 129 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika təşkil edib.

 

Rusiya Silahlı Qüvvələrinin ən böyük itkiləri Slavyansk, Baxmut və Krivoy Roq istiqamətlərində qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi