Modern.az

Misirdə bina ÇÖKDÜ - Sakinlər dağıntılar altında qaldı

Misirdə bina ÇÖKDÜ - Sakinlər dağıntılar altında qaldı

Dünya

18 İyun 2022, 16:09

Misirin paytaxtı Qahirənin Əl-Vaili rayonunda beşmərtəbəli binanın çökməsi nəticəsində çoxlu sayda insanın öldüyü bildirilir.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, axtarış-xilasetmə dəstələri dağıntılar altından altı sakinin cəsədini çıxarıblar.

 

Hadisə yerinə əlavə texnika və təcili tibbi yardım maşınları cəlb olunub.

 

Qahirə qubernatoru Xalid Əbdel Aal qonşuluqdakı binaların sakinlərinin təxliyə edilməsini tapşırıb. Mühəndis xidməti yaxınlıqda yerləşən binaların da təhlükəsizliyini yoxlayır.

 

Misir prokurorluğu insidentlə bağlı cinayət işi açıb, təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi