Böyük Britaniyanın Baş naziri Boris Conson “Avroviziya 2023” mahnı müsabiqəsinin Ukraynada təşkil edilməsi ilə bağlı çağırış edib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Conson ukraynalıların “Avroviziya”da qalib gəldiklərini, öz ölkəsinin isə ikinci olduğuna diqqət çəkib.
Conson bunun fantastik göstərici olduğunu deyib: "Mən istərdim ki, müsabiqə bizim ölkəmizdə keçirilsin. Amma fakt budur: Ukrayna qalib gəlib və yarışın təşkil edilməsinə onlar layiqdirlər. Ukraynalıların müsabiqəyə ev sahibi edə biləcəklərinə inanıram. Mənim fikrimcə, Kiyev və ya hər hansı təhlükəsiz Ukrayna şəhəri “Avroviziya” üçün fantastik bir yer olardı”.
Qeyd edək ki, Avropa Yayım Birliyi Ukraynanın “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyi edə bilməyəcəyini açıqlayıb. Yarış təşkilatçıları mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün Böyük Britaniyaya müraciət etdiklərini bildiriblər.