Modern.az

Cənubi Asiyada güclü daşqın - Ölənlər var

Cənubi Asiyada güclü daşqın - Ölənlər var

18 İyun 2022, 18:42

Hindistan və Banqladeşin müxtəlif bölgələrində leysan yağışları nəticəsində daşqın və torpaq sürüşməsi insan itkilərinə səbəb olub.

 

Modern.az xəbər verir ki, daşqınlar zamanı 13 nəfər həyatını itirib.

 

Hindistanın şimal-şərqindəki Assam ştatında son sutka ərzində baş verən daşqınlar nəticəsində azı 9 nəfər ölüb.

 

Rəsmi açıqlamaya görə, ştatda son beş gündə davam edən daşqın və sürüşmələrdən 1,8 milyondan çox insan zərər çəkib. 108 mindən çox insan yardım düşərgələrinə sığınıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi