Modern.az

Qaribaşvili Paşinyanla nələri müzakirə etdi?

Qaribaşvili Paşinyanla nələri müzakirə etdi?

18 İyun 2022, 20:02

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana işgüzar səfər edib.

 

Modern.az xəbər verir, Qaribaşvili Dilicanda erməni həmkarı Nikol Paşinyanla görüşüb.

 

İki ölkənin hökumət başçıları qeyd ediblər ki, yüksək səviyyəli intensiv təmaslar Ermənistan-Gürcüstan münasibətlərinin dinamik inkişafından və siyasi dialoqun yüksək səviyyədə olmasından xəbər verir.

 

Tərəflər gündəmdəki məsələləri və Ermənistan-Gürcüstan əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Bundan əlavə, görüş zamanı regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi