İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammitində əsas müzakirə mövzusu Finlandiya və İsveçin alyansa daxil olması olacaq.
Modern.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib. O bildirib ki, 28-30 iyun tarixlərində keçiriləcək sammit NATO və Avropanın təhlükəsizliyi üçün dönüş nöqtəsi olacaq.
XİN başçısı alyans üzvlərinin Rusiyanın Ukraynaya təcavüzündən qaynaqlanan çox ağır bir dövr və çətinliklər yaşadıqlarını vurğulayıb.
Akif İsmayılov