Almaniya kansleri Olaf Şolts Avropa İttifaqına (Aİ) üzvlüyü sadələşdirməyi təklif edir.
Modern.az xəbər verir ki, bu barədə kansler DPA agentliyinə müsahibəsində bildirib.
Hazırda yeni ölkələrin Aİ-yə üzv olması üçün 27 üzvün hamısı namizədin qəbul edilməsinə səs verməlidir. Şolts hesab edir ki, yaxın gələcəkdə hər şeyə yekdilliklə qərar vermək qeyri-mümkün olacaq.
O, öz təkliflərini 23-24 iyun tarixlərində keçiriləcək Avropa İttifaqı sammitində təqdim etmək istəyir.
Akif İsmayılov