Modern.az

İsrail XİN başçısı Türkiyəyə gəlir

İsrail XİN başçısı Türkiyəyə gəlir

19 İyun 2022, 21:24

İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

 

Nazir iyunun 23-də Türkiyəyə gələcək. O, Ankarada Türkiyə rəsmiləri ilə görüş keçirəcək. Görüşlər zamanı regional məsələlər və qarşılıqlı əlaqələr müzakirə ediləcək.

 

Qeyd edək ki, İsrail bir neçə gün öncə öz vətəndaşlarına Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib. Buna səbəb kimi İranın Türkiyədə İsrail vətəndaşlarına qarşı mümkün təxribat törətməsi göstərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi