Modern.az

Ermənistanda deputat mandatından imtina etdi

Ermənistanda deputat mandatından imtina etdi

21 İyun 2022, 13:40

Ermənistanda “Şərəfim var” parlament fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan deputat mandatından istefa vermək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

"Bir çoxlarınız üçün mənim qərarım təəccüblü olmadı. Mən bir neçə dəfə açıq şəkildə bəyan etmişəm ki, artıq özümü bu parlamentdə görmürəm. Səbəb isə aydındır. Bu hakimiyyət və ölkəni böhrandan çıxarmaq mümkün deyil. Lakin indiki parlament, fikrimcə, bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, - Vanetsyan sosial şəbəkədə bildiririb.

 

Qeyd edək ki, müxalifətdə təmsil olunan Artur Vanetsyan baş nazir Nikol Paşinyanın qatı əleyhdarlarından biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi