Modern.az

İlon Maskın oğlu ondan İMTİNA EDİR - Cinsini də dəyişir

İlon Maskın oğlu ondan İMTİNA EDİR - Cinsini də dəyişir

Dünya

21 İyun 2022, 14:08

“Tesla” şirkətinin təsisçisi İlon Maskın oğlu Ksavyer cinsini və soyadını dəyişir.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ksavyer bunun üçün məhkəməyə müraciət edib.

 

O bildirib ki, bioloji atası ilə hər hansı şəkildə əlaqəli olmaq istəmir.

 

18 yaşlı gənc Kaliforniya ştatının Santa-Monika şəhərinin məhkəməsinə müraciət edib və adını Vivian Cenna Uilson olaraq dəyişdirmək istədiyini bildirib.

 

Qeyd edək ki, İlon Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Daha sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi