Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Estoniyanın Baş naziri Kaya Kallas arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Liderlər ikitərəfli münasibətləri və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Ərdoğan Ukraynadan buğda və kənd təsərrüfatı məhsullarının ixracı üçün Qara dəniz üzərindən dəhlizin açılmasının vacibliyini bildirib.