Modern.az

Ukraynada minlərlə mülki sakin ölüb - BMT

Ukraynada minlərlə mülki sakin ölüb - BMT

21 İyun 2022, 23:16

Fevralın 24-dən iyunun 20-dək Ukraynada 313-ü uşaq olmaqla 4597 mülki şəxs həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Bildirilib ki, müharibə dövründə 5711 mülki şəxs yaralanıb.

 

Məlumata görə, Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan ərazilərində 2508 nəfər ölüb, 2430 sakin yaralanıb, Kiyevin nəzarətində olmayan ərazilərdə isə 184 nəfər ölüb, 752 nəfər isə yaralanıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi