Modern.az

Səudiyyə və Misir 7.7 milyard dollarlıq müqavilə imzaladı

Səudiyyə və Misir 7.7 milyard dollarlıq müqavilə imzaladı

22 İyun 2022, 00:41

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Misirə səfər edib.

 

Modern.az xəbər verir ki, o, Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

 

Misir tərəfindən verilən açıqlamaya görə, şahzadə və Sisi ticarət, investisiya və təhlükəsizlik məsələlərini, həmçinin gələn ay Səudiyyə Ərəbistanında ABŞ prezidenti Co Baydenin iştirak edəcəyi regional sammiti müzakirə ediblər.

 

Tərəflər arasında 7,7 milyard dollar dəyərində sövdələşmə imzalanıb. İmzalanan 14 sövdələşmə bərpa olunan enerji, neft, qida və digər sahələri əhatə edir. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi