Modern.az

Finlər döyüşə hazırdır - Generaldan Rusiyaya MESAJ

Finlər döyüşə hazırdır - Generaldan Rusiyaya MESAJ

Dünya

22 İyun 2022, 18:43

Finlandiya uzun müddət Rusiyanın hücumuna hazırlaşıb və hücum baş verərsə, sərt müqavimət göstəriləcək.

 

Modern.az xəbər verir ki, bunu Finlandiyanın Baş Qərargah rəisi general Timo Kivinen "Reuters" agentliyinə müsahibəsində deyib. O bildirib ki, Finlandiya üçün hərbi texnikadan başqa, həlledici amil finlərin döyüşməyə həvəsli olmasıdır.

 

“Biz sistematik olaraq hərbi müdafiəmizi məhz Ukraynada aparılan döyüş növü üçün inkişaf etdirmişik”, - deyə general qeyd edib.

 

Xatırladaq ki, Finlandiya Rusiya ilə 1300 kilometr sərhədə malikdir. 1940-cı illərdə şərq qonşusuna qarşı iki müharibə aparıb. Bir vaxtlar hərbi bloklara qoşulmayan ölkə, Rusiyanın hücum edə biləcəyindən narahat olduğu üçün NATO sıralarına daxil olmaq istəyir. 

 

İkinci Dünya Müharibəsindən bəri Helsinki yüksək səviyyədə hərbi hazırlığı qoruyub saxlayır. 5,5 milyon əhalisi olan bu ölkənin 280,000-ə yaxın hərbi qüvvəsi var və 870,000 nəfəri isə ehtiyatdadır. Finlandiya Soyuq Müharibə bitdikdən sonra bir çox digər Qərb dövlətləri kimi məcburi hərbi xidməti ləğv etməyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi