Modern.az

Hərbçilər COVID peyvəndinə qarşı çıxdılar

Hərbçilər COVID peyvəndinə qarşı çıxdılar

Dünya

23 İyun 2022, 09:18

ABŞ-da 600-ə yaxın hərbi qulluqçusu dini səbəbləri bəhanə gətirərək məcburi COVID-19 peyvəndləməsindən yayınmağa çalışır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Konqresinə təqdim edilmək üçün hazırlanmış hesabatda deyilir.

 

Hesabatda Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunlar, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Milli Qvardiya, Sahil Mühafizəsi və ABŞ ordusunun digər bölmələrinin hərbi qulluqçularının ifadələri yer alıb. Burada onlar tərəfindən peyvənd edilmək məcburiyyətindən boyun qaçırmaq üçün müxtəlif tədbirlər haqqında məlumatlar əks olunub.

 

Onların əksəriyyəti dini səbəbləri bəhanə gətirərək peyvənddən imtina edirlər.

 

ABŞ federal məhkəməsində orduda məcburi peyvəndlə bağlı 27 iddiaya baxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi