ABŞ rəsmiləri Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Baydenin administrasiyası Ukraynaya yeni raket sistemləri və artilleriya sursatlarının daxil olduğu 500 milyon dollarlıq hərbi yardım paketini elan etməyə hazırlaşır.