Kanada ərzaq böhranının həllinə kömək etmək üçün Birləşmiş Millətlər Təşkilatına 250 milyon Kanada dolları (193 milyon ABŞ dolları) verəcək.
Modern.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo məlumat verib.
"Biz ilin əvvəlində (BMT-nin Ümumdünya Ərzaq Proqramına) yarım milyard dollar verdik və bu ciddi böhranı həll etmək üçün əlavə 250 milyon Kanada dolları da verəcəyik", - deyə o, Ruandanın Kiqali şəhərində jurnalistlərə bildirib.
Qeyd edək ki, Rusiyanın qlobal taxıl istehsalçısı və ixracatçısı olan Ukraynaya təcavüzü qlobal böhrana səbəb olub.
Akif İsmayılov