Modern.az

Ərdoğanın üçüncü dəfə namizəd olması qanunidir - Nazir

Ərdoğanın üçüncü dəfə namizəd olması qanunidir - Nazir

23 İyun 2022, 23:30

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə prezident postuna namizəd olması qanunidir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

 

Bozdağ müxalifətin “Prezident Ərdoğanın namizədliyinin irəli sürülməsi qanunsuzdur” iddialarına cavab olaraq bildirib ki, dövlət başçısının üçüncü dəfə namizəd olması qanuna zidd deyil.

 

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu