İyunun 23-də Rusiya ordusu Donetsk vilayətinə zərbələr endirməyə davam edib.
Modern.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
"İyunun 23-də ruslar Donbasda 6 dinc sakini öldürüblər. Bu gün daha 5 nəfər yaralanıb", - deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb. Zərbələr nəticəsində minlərlə mülki şəxs həlak olub.
Akif İsmayılov