Avropa İttifaqının (Aİ) liderləri təşkilata yaxın münasibətdə olan Avropa ölkələrinin “Avropa Siyasi İcması”na daxil edilməsi təklifini müzakirə ediblər.
Modern.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Liderlər Sammitinin sonunda mətbuat konfransı keçirib.
Mişel bildirib ki, sammitin ikinci hissəsində müzakirə olunan ilk məsələ “Avropa siyasi icması” olub. Bu qurumun Aİ-nin genişlənməsinə alternativ olmadığını vurğulayan Mişel yaydan sonra Çexiyanın sədrliyi dövründə bu məsələni müzakirə etmək üçün görüş keçirəcəklərini deyib.
Makron isə vurğulayıb ki, bu təşkilata Aİ-yə daxil olan və ya üzv olmaq istəyən ölkələr, namizəd statusu almamış Qərbi Balkan ölkələri dəvət olunacaq.
Akif İsmayılov