Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Zalujni özünün sosial media hesabında məlumat yayıb.
O bildirib ki, telefon danışığında əməliyyat vəziyyəti və Ukrayna Müdafiə Qüvvələrinə beynəlxalq texniki yardımın çatdırılması müzakirə olunub.
"Mən diqqəti düşmənlə atəş paritetinin yaradılması zərurətinə yönəltdim, bu yardım vəziyyətin Luqansk istiqamətində sabitləşməsinə kömək edəcək", - Zalujnı qeyd edib.
Akif İsmayılov