ABŞ, Böyük Britaniya, Yaponiya, Avstraliya və Yeni Zelandiya yeni tərəfdaşlıq mexanizmi yaradıldığını elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin yaydığı bəyanatda "Partners in the Blue Pacific" (PBP) adlı mexanizmin işə salındığı bildirilib.
"Bu gün beş ölkəmiz Sakit okean prioritetlərini daha yaxşı və effektiv şəkildə dəstəkləmək üçün hərtərəfli qeyri-rəsmi mexanizm - "Partners in the Blue Pacific" işə salınıb", - bəyanatda deyilir.
Qeyd olunur ki, bu tərəfdaşlıq xüsusilə Sakit okean regionçuluğunu dəstəkləməyə və Sakit okean regionu ölkələri ilə dünyanın qalan hissəsi arasında əməkdaşlığı genişləndirməyə yönəlib.