Bu gün yerli vaxtla saat 08:07-də İranın Hörmüzqan vilayətində 5,6 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, İranın Hörmüzqan vilayətinin Kiş xəstəxanasının rəhbəri Mustafa Nadəlinejad zəlzələ nəticəsində 1 nəfərin öldüyünü, 31 nəfərin yaralandığını açıqlayıb.
M.Nadəlinejadın sözlərinə görə, zəlzələ nəticəsində qorxudan 4 nəfər özünü binadan atıb. Onlardan biri ölüb.
O, həmçinin əlavə edib ki, yaralılardan 19 nəfəri kişi, 12 nəfəri isə qadın olub.