Modern.az

Bayden silahla bağlı qanunu imzaladı 

Bayden silahla bağlı qanunu imzaladı 

Dünya

25 İyun 2022, 18:26

ABŞ prezidenti Co Bayden Demokratlar və Respublikaçılar Partiyaları tərəfindən irəli sürülən, Nümayəndələr Palatasında qəbul edilən silaha nəzarət qanununu imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Qanun ABŞ-da zorakılığa qarşı silah alışını məhdudlaşdırır və qeyri-qanuni silahların yoxlanılmasına icazə verir. Sözügedən qanun Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minib.

 

Qeyd edək ki, silahla bağlı qanun layihəsi Nümayəndələr Palatasında 234 səslə qəbul edilib, 193 nəfər isə buna qarşı çıxıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi