Modern.az

İran atom elektrik stansiyası tikəcək 

İran atom elektrik stansiyası tikəcək 

Dünya

25 İyun 2022, 19:46

İran hakimiyyəti ölkənin ilk atom elektrik stansiyasının tikintisinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.

 

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, atom elektrik stansiyası 360 meqavatlıq olacaq.

 

“Bu il biz daha bir layihəyə, İranda 360 meqavatlıq elektrik stansiyasının layihələndirilməsinə başladıq, onun tikintisi xarici ölkələrlə əməkdaşlıq çərçivəsində aparılmalı idi. Bu gün biz milli potensialımızdan istifadə edərək, İranın nüvə elektrik stansiyasının tikintisinı başlamışıq", - deyə qeyd edib.

 

O, yerli tikinti şirkətlərini və sənaye şirkətlərinin sahiblərini atom elektrik stansiyasının tikintisi layihəsinə qoşulmağa çağırıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi