G7 sammitində Ukraynadakı vəziyyətə görə Rusiya rəhbərliyinə qarşı gələcək tədbirlər müzakirə ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.
O, Putinə qarşı əlavə tədbirlərin müzakirə ediləcəyini bildirib.
Kirbi həmçinin bildirib ki, müttəfiqlər Rusiyanı dünya iqtisadiyyatından daha da təcrid etmək üçün yeni “öhdəliklər” götürəcəklər.
İyunun 24-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, G7 sammitində Ukraynadakı vəziyyətin diplomatik yolla həllinin müzakirəsi planlaşdırılır.
G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir.
Sammit iyunun 26-dan 28-dək Bavariya Alplərindəki Elmau qəsrində baş tutacaq. İsveç, Finlandiya və Ukrayna sammitə ilk dəfə dəvət olunur. Ukrayna prezidenti Zelenskinin videobağlantı vasitəsilə danışacağı gözlənilir.
Akif İsmayılov