Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı “İsgəndər-M” raket sistemlərini Minskə təhvil verəcəyini bildirib.
Modern.az xəbər verir ki, Putin raket sistemlərinin yaxın vaxtlarda təhvil veriləcəyini deyib.
“Razılaşdığımız kimi, siz məsələ qaldırdınız, qərar qəbul etdik. Yaxın bir neçə ay ərzində biz Belarusa “İsgəndər-M” taktiki raket sistemlərini təhvil verəcəyik, bu, həm adi, həm də nüvə variantında ballistik və qanadlı raketlərdir”, - deyə Vladimir Putin bildirib.
Lukaşenko bildirib ki, Belarus “nüvə başlıqları və nüvə yükləri daşımağa hazırlaşan” ABŞ və NATO təyyarələrinin təlim uçuşlarından çox narahatdır.
Akif İsmayılov