Modern.az

Xəzərdən Kiyevə HÜCUM - Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə HÜCUM - Ən bahalı raketlər atılıb

Dünya

26 İyun 2022, 13:25

Rusiya Kiyevə hücumu Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik ən bahalı raketlərlə həyata keçirib.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmisi Yuri İqnat deyib.

 

Onun sözlərinə görə, Rusiya ordusu Kiyevi vurmaq üçün Xəzər dənizi regionundakı strateji aviasiyadan istifadə edib.

 

“Həştərxan vilayətindən havaya qalxan əsas raketlər X-101-dir. Bu raketlər 5500 kilometr məsafəyə uça bilir”, - Ukrayna rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, iyunun 26-sı səhər saatlarında Kiyev şəhərinin mərkəzi hissəsinə bir neçə raket atılıb. Kiyevin Şevçenko rayonuna raketin düşməsi nəticəsində yaşayış binasında dağıntılar qeydə alınıb.

 

Hazırda xilasetmə işləri davam etdirilir. Ölən və yaralananlar barədə dəqiqləşdirmə aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi