Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrində güclü yağış sel və daşqınlara səbəb olub.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, leysan nəticəsində Zonguldak şəhərinin mərkəzindəki Çaydamar dərəsi daşıb. Sel avtomobilləri aparıb, evləri uçurub, yolları keçilməz edib.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunub. İndiyədək 20 fərdi evdə sakinlərin təxliyə edildiyi bildirilir.
Meteoroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.