Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə gülüş obyektinə çevirilib.
Modern.az xəbər verir ki, İrəvanda baş tutan tədbirlərdən birində erməni Baş nazir masanın üzərində qoyulan qələmi hədəf alıb.
Belə ki, qələmə "gözü düşən" Paşinyan onu xəlvətcə masanın üzərindən götürüb və kimsənin diqqətini cəlb etmədəyini düşünərək cibinə qoyub. Lakin Baş nazir kameraların onu çəkdiyinin fərqində olmayıb.