İranın cənub-şərqində yerləşən Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, episentri Kirman əyalətinin Raver rayonunda olan 5,4 bal gücündəki zəlzələ yerli vaxtla saat 17.37-də qeydə alınıb.
Zəlzələ nəticəsində dəyən ziyan və insan tələfatı ilə bağlı rəsmi açıqlama verilməyib.