Modern.az

Türkiyədə sel körpüləri uçurdu

Türkiyədə sel körpüləri uçurdu

27 İyun 2022, 13:12

Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrdə güclü yağış və sel səbəbindən yaranan daşqınlar böyük fəsadlar törədib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hazırda leysan yağışları, sel və daşqınlar davam edir.

 

Ən çox yağıntı Kastomunu vilayəti ərazisində müşahidə olunub. Güclü sel vilayətin İnebolu bölgəsində iki körpünü, aşağı səviyyədə olan avtoparkları və yaşıllıq əraziləri yuyub aparıb.

 

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunub.

 

Metroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış, sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi