Modern.az

Səfirlikdən Marneulidəki hadisə ilə bağlı başsağlığı

Səfirlikdən Marneulidəki hadisə ilə bağlı başsağlığı

27 İyun 2022, 15:16

Azərbaycanın Gürcüstandakı səfirliyi iyunun 26-da Marneuli rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında paylaşım edilib.

 

Səfirliyin paylaşımında beşmərtəbəli binada baş vermiş uçqun nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndikləri qeyd olunub, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralılara şəfa arzulanıb.

 

Qeyd edək ki, iyunun 26-da Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki çoxmərtəbəli binalardan birinin 5-ci mərtəbəsində eyvan uçub, nəticədə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həlak olub. Binanın sakinləri təxliyə edilib.

 

Marneuli meriyasından bildirilib ki, faciə baş verən yaşayış binasından əhalinin bir hissəsi müvəqqəti olaraq mehmanxanalara köçürülüb. Onların xərcləri Marneuli meriyası tərəfindən təmin ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi