Böyük Britaniyanın baş naziri Boris Conson növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinə qarşı ittihamlar səsləndirib.
Modern.az xəbər verir ki, Conson "Twitter" hesabında bütün dünyada müşahidə edilən bahalaşmanın səbəbinin Putin və onun ölkəsinin Ukrayanaya hücumu olduğunu vurğulayıb.
"Qlobal liderlər Ukraynaya kömək etmək və bütün dünyada ev təsərrüfatlarının həyatını asanlaşdırmaq üçün bir araya gəlməlidirlər. Heç bir şey masadan kənarda qalmamalıdır", - Conson bəyan edib.