Modern.az

Ərdoğan Baydenlə danışıqlar aparacaq

Ərdoğan Baydenlə danışıqlar aparacaq

Dünya

27 İyun 2022, 19:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun liderlər zirvəsinin keçiriləcəyi Madriddə ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

 

O qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.

 

NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi